AZ

Səhiyyə Nazirliyinin rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib – FOTO

Müasir tariximizin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 33-cü ildönümüdür. Bununla əlaqədar fevralın 26-da Səhiyyə Nazirliyinin rəhbərliyi Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Bu barədə Doğru.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq.

“Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalıya səfərlər edərək yenidənqurma işləri ilə tanış olub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Belə ki, ötən il fevralın 26-da dövlətimizin başçısı Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub. Həmçinin Azərbaycan Prezidenti bu il fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçən bir qrup sakinlə görüşüb.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib”,-deyə məlumatda qeyd olunub.

DOĞRU.AZ

image-17405759251923454574_1200x630 image-1740575925286038015_1200x630 image-17405759252118219077_1200x630 image-1740575925430741410_1200x630 image-17405759256317260538_1200x630 image-1740575925298846648_1200x630 image-17405759254955151279_1200x630

Seçilən
3
2
dogru.az

3Mənbələr