Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin ABŞ ilə razılaşma çərçivəsində borcun hətta qismən ödənilməsinə belə razı olmayacağını bəyan edib.
Publika.az xəbər verir ki, o, bu barədə brifinqdə danışıb.
Ukraynanın sənəddə ABŞ-a borclu kimi göstərilmədiyini diqqətə çatdıran Zelenski, “Borc kimi hətta 10 sentin göstərilməsinə belə razı olmayacağam”, - deyə vurğulayıb.
O əlavə edib ki, Ukrayna təmənnasız olmağı dayandıracağı təqdirdə ABŞ-dan gələcək dəstək variantlarını müzakirə etməyə hazırdır.