AZ

"ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyə hazırdır, ancaq Ukraynada nizamlanma əldə edilməlidir"

"Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı sanksiyaları ləğv etməyə hazırdır, ancaq Ukraynada nizamlanma əldə edildikdən sonra".

Marja xəbər verir ki, bunu ABŞ Prezidenti Donld Tramp bildirib. 

Tramp deyib ki, ABŞ itirilmiş ərazilərin bir hissəsinin Ukraynaya qaytarılması ilə bağlı məsələni qaldırmağa çalışacaq, lakin buna nail olmaq çətin olacaq. 

Tramp Putini çox ağıllı siyasətçi adlandırıb və Ukrayna ilə bağlı razılığın əldə olunacağına əmin olduğunu bildirib.

O, həmçinin qeyd edib ki, Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiya da güzəştə getməli olacaq.

Tramp qeyd edib ki, ABŞ-ın Ukraynadakı əsas məqsədi qan tökülməsinə son qoymaq, ikincisi isə rəsmi Kiyevə xərclənən vəsaiti geri qaytarmaqdır.

"ABŞ Ukraynaya hər hansı yeni təhlükəsizlik zəmanəti vermək niyyətində deyil, Avropa bununla məşğul olsun", -Tramp deyib.

Tramp bildirib ki, Zelenski fevralın 28-də Vaşinqtona gələcək və bu zaman Ukrayna resursları ilə bağlı saziş imzalanacaq.

Zelenski, onun ABŞ-a səfərinə hazırlıqların getdiyini təsdiqləyib.

Seçilən
168
13
marja.az

9Mənbələr