Azərbaycan Basketbol Liqasında XV tur start götürüb.
Fanat.Az-ın məlumatına görə, ilk oyun A qrupunda keçirilib.
"Neftçi" Bakı İdman Sarayında "Abşeron"la üz-üzə gəlib. Qarşılaşma "ağ-qaralar"ın 80:56 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.