AZ

Lionel Messi “İnter”i Çempionlar Kubokunda qələbəyə daşıdı

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ klubu “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi CONCACAF Çempionlar Kubokunun birinci mərhələsində “Sportinq Kanzas Siti” ilə cavab oyununda üz-üzə gəlib.

“İnter Mayami” rəqibini 3:1 hesabı ilə məğlub edib. Kapitan Messi “vağlar”ın qələbəsinə vuduğu qolla töhfəsini verib. O, 19-cu dəqiqədə hesabı açıb və 69-cu dəqiqədə əvəzlənib.

Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyunda da “İnter Mayami” qalib gəlmişdi – 1:0.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” yeni mövsümündə 3 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 42 oyun, 36 qol və 20 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Seçilən
170
34
arena.az

10Mənbələr