AZ

Aİ Trampın tariflərinə dərhal cavab verəcəyini bildirib

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Avropa mallarına 25 faizlik gömrük rüsumları tətbiq etmək planına dərhal və sərt cavab verməyi planlaşdırır.

Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) Trampın “AB ABŞ-ı istismar etmək üçün yaradılıb” iddialarını rədd edərək bildirib.

“Aİ istənilən proteksionist tədbirlərə qətiyyətlə cavab verəcək. Avropa İttifaqı dünyanın ən böyük bazarıdır və bu, Amerika şirkətləri üçün strateji üstünlük olaraq qalır”, – Brüssel bildirib.

Qeyd edək ki, Tramp fevralın 26-da ABŞ-ın Avropa İttifaqından gələn mallara, o cümlədən avtomobillərə 25% rüsum tətbiq edəcəyini açıqlamışdı. O, Aİ-nin Amerika avtomobillərini qəbul etmədiyini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
128
50
editor.az

10Mənbələr