AZ

FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi (VİDEO)

Bakı. Trend:

Hazırda ölkə ərazisində müşahidə edilən kəskin və yağıntılı havaşəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrarmüraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməletməyə çağırır.

Trend xəbərverir ki, bu barədə FHN-in kəskin hava şəraiti ilə əlaqədar əhaliyəmüraciətində deyilir.

"Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrikqızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəbolduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyiqaydalarına riayət etməyin vacibliyini bir daha diqqətə çatdırırıq.Belə ki, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcıcihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıqyüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsizqoyulmamalıdır.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə dədağlara səfər edən insanlara şaxtalı və çovğunlu havada mümkünqədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurətyarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədənməlumatlandırmağı tövsiyə edirik. Hərəkət avtomobillə olduqdaavtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayətqədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olanyerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və gününqaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyəolunur.

Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalarayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən,ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzluyolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun,yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdanqorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcıolan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükəzamanı 112-yə zəng edin!", - deyə müraciətdə bildirilir.

Seçilən
139
1
az.trend.az

10Mənbələr