AZ

Daxili işlər naziri Lənkəranda vətəndaşları QƏBUL EDƏCƏK

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il mart ayının 6-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Ekologiya.az xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 05.03.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Seçilən
171
14
ekologiya.az

10Mənbələr