1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Donald Tramp Administrasiyası Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamentinin xarici yardımla bağlı müqavilələrinin 90%-dən çoxunu ləğv etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat verib.
Qeyd olunur ki, memorandumda Trampın tapşırığı ilə USAID-ə ayrılan bütün maliyyə vəsaitlərinin nəzərdən keçirilməsinin nəticələri təsvir olunub. ABŞ xarici dövlətlərə 60 milyard dollar məbləğində yardımı dayandırmağı planlaşdırır. Tramp Administrasiyası öz planlarını memorandumda və çərşənbə günü təqdim edilmiş məhkəmə sənədlərində açıqlayıb.
Məlumata görə, bu qərar ABŞ məhkəməsinin xarici yardımın maliyyələşdirilməsinə qoyulan qadağanı fevralın 26-dək ləğv etməyi tapşıran qərarından sonra qəbul edilib.