Putin dövlət sərhədinin potensial təhlükəli hissələrini gücləndirməyi tələb edir.
Rusiya prezidenti Vladimir Putin Rusiya dövlət sərhədinin, xüsusilə potensial təhlükəli ərazilərdə ciddi şəkildə möhkəmləndirilməsini tələb edib.
Operativ Media xəbər verir ki, bu barədə ölkə prezidenti Rusiya Federasiyası FTX-nin geniş müşavirəsində bildirib.
Dövlət sərhədinin mühafizəsi üçün ciddi əlavə tədbirlər görülməlidir. Potensial təhlükəli ərazilərdə sərhəd təhlükəsizliyini daha da artırmaq lazımdır", - deyə Vladimir Putin qeyd edib.