AZ

Tramp Rusiyaya qarşı - Bu sərəncamın müddətini bir il uzatdı

  ABŞ Prezidenti Donald Tramp Ukraynanın ərazi bütövlüyünə təhdidlə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı sərəncamın müddətini bir il uzadıb.

Bu barədə Ağ Evin yaydığı müvafiq sənədə istinadla xəbər verir.

Söhbət 6 mart 2014-cü ildə ABŞ-ın o zamankı prezidenti Barak Obama tərəfindən imzalanmış 13660 saylı İcra Sərəncamından gedir. Sənəddə Amerika tərəfinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıdığına inandığı şəxslərə və təşkilatlara qarşı məhdudiyyətlər tətbiq edilir.

Fərmanda həmçinin bəzi şəxslər və məmurlar üçün səyahət məhdudiyyətləri, Krımın Rusiyaya ilhaqına görə məsuliyyət nəzərdə tutulur./publika.az   

Seçilən
66
5
referans.az

10Mənbələr