AZ

Nəsrin Cavadzadə xəstəxanalıq oldu

"Sandıq qoxusu" serialında Ayça rolunu canlandıran azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin idman həvəsi onu xəstəxanalıq edib.

Axar.az axşam.az-a istinadən xəbər verir ki, çəkilişdən sonra aktrisanın həddindən artıq idman etməsi nəticəsində çanaq sümüklərində ödəm yaranıb.

Xəstəxanaya gedən aktrisaya 6 həftə istirahət etmək tövsiyə edilib. Nəsrin 10 gün müddətində çəkilişlərdən uzaq qalıb. Əsas ehtiyacları xaricində gəzə bilməyən aktrisa fiziki terapiya alıb.

On gün boyunca evdə istirahət edən sənətçi bu gün özünü yenidən işə başlamağa hazır hiss edib və qoltuqaltı əsa ilə çəkilişə qayıdıb.

Seçilən
110
11
axar.az

6Mənbələr