AZ

“Sabah” Azərbaycan Kubokunda 4 cavabsız qolla yarımfinalda

Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Arena.az xəbər verir ki, ilk oyun gününün ikinci görüşü “Sumqayıt”la “Sabah” arasında baş tutub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş matçı Elçin Məsiyev idarə edib.

Bu komandaların ilk görüşü qolsuz yekunlaşmışdı. Cavab görüşündə 4 cavabsız qola sevinmiş “Sabah” “Qarabağ”dan sonra yarımfinala növbəti vəsiqənin sahibi olub.

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin qalan cavab oyunları fevralın 28-də keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final mərhələsinin cavab oyunları
27 fevral

“Sumqayıt” – “Sabah” 0:4
Qollar: Anatoli Nuriyev, 55. Xəyal Əliyev, 71. Coy Lens Mikels, 82. Amin Seydiyev, 90+3.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.
İlk oyun: 0:0.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 95. Miloş Miloviç, 12. Georgi Xaraişvili, 11. Momo Yansane, 60. Tresor Mossi, 9. Bobir Abduholikov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 19. Roi Kehat, 23. Ronaldo Vaskes, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.

Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulaev, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 18. Pavol Şafranko, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa, 33. Umarali Raxmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.

Seçilən
132
2
arena.az

10Mənbələr