AZ

Onu braziliyalı hücumçu ilə əvəzləyəcək? – Premyer Liqa nəhəngi

“Liverpul”un hücumçusu Darvin Nunyesin mümkün gedişi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Sportinfo.az “TEAMtalk”-a istinadən xəbər verir ki, mersisaydlılar əvəzləyici tapsalar, 25 yaşlı uruqvaylı futbolçunu satmağa hazırdırlar.

“Qırmızılar”ın diqqət mərkəzində hazırda yalnız bir oyunçu var. Onlar “Brayton”dan Joao Pedronu izləyirlər.

23 yaşlı Pedro bu mövsüm oynadığı 22 matçda 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Braziliyalı futbolçunun dəyəri 50 milyon avro qiymətləndirilir.

Daha əvvəl bildirilirdi ki, “Liverpul” Nunyesin xidmətini İspaniyanın aparıcı klublarına təklif edib.

Seçilən
39
49
sportinfo.az

10Mənbələr