“Kubok oyunlarına qədər bizi çempionat matçları gözləyir.
Orada da yaxşı çıxış edərək, məğlubiyyətsizlik seriyasını davam etdirmək istəyirik”.
Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin hücumçusu Ağadadaş Salyanski deyib
20 yaşlı forvard Premyer Liqa oyunlarına diqqət çəkib:
“Çempionatda növbəti dəfə yenidən ”Kəpəz” ilə qarşılaşacağıq. Uzun səfər olsa da, meydana yalnız qələbə üçün çıxacağıq.
Ümid edirəm ki, bizi istənilən hava şəraitində yalnız qoymayan azarkeşlərimizi qələbəmizlə sevindirərik”.