AZ

Azərbaycanda manatla banka ən çox əmanət yerləşdirən - 5 RAYON VƏ ŞƏHƏR

Bu ilin yanvarın 1-nə Azərbaycanın rayonvə şəhərlərinin əhalisi tərəfindən banklara manatla yerləşdirilmiş əmanətlər təxminən 9,7 milyard manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata əsasən Bakı əhalisi tərəfindən manatla 8,2 milyard manatdan çox əmanət yerləşdirilib.

Sumqayıt şəhəri 279,5 milyon manatla 2-ci, Gəncə şəhəri isə 185 milyon manatla 3-cüdür.

Abşeron əhalisinin banklarda 153,9 milyon manat, Xaçmaz rayonunda 66,1 milyon manat pulu var.

Xızı, Laçın, Sədərək, Xankəndi və Zəngilan rayonlarında isə bu göstərici 1 milyon manatdan aşağıdır.

Seçilən
42
2
fed.az

3Mənbələr