AZ

Çaya dəvət edilmədi, məhkəmədə 41 min təzminat qazandı

Böyük Britaniyada bir tibb bacısı həmkarını onu çaya dəvət etmədiyi üçün məhkəməyə verərək 41 min funt sterlinq təzminat qazanıb.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, tibb bacısı Susan Hamilton həmkarı Abdul Nayeki "zorbalıq etməkdə" günahlandırıb.

Hamilton iddia edib ki, Nayek görüşlərdə ona məhəl qoymayıb və bütün komanda üzvlərinə çay hazırlayarkən ona çay verməyib.

Susan Hamilton 2019-cu ildə stress səbəbindən vəzifəsini tərk edib, lakin 2021-ci ilin yanvarında yenidən xəstəxanaya qayıdıb.

Həmin ilin sonunda istefa verən Hamilton, əmək müqaviləsinin pozulduğunu və xəstəxana rəhbərliyi ilə etimad münasibətlərinin tamamilə pozulduğunu iddia etdib.

Məhkəmə tibb bacısının xəstəxana rəhbərliyinə qarşı şikayətlərini təmin edib, eyni zamanda həmkarı Abdul Nayekə qarşı zorakılıq iddiasını rədd edib.

Xəstəxana onun etirazını qəbul etdikdən sonra iş Hamiltonun xeyrinə başa çatıb.

Məşğulluq Tribunalının Hakimi Ketrin Ramsden deyib ki,  xəstəxana rəhbərliyi bir neçə il ərzində Nayekin davranışı ilə bağlı adekvat tədbir görməyib. Bu proses Həmiltonun səhhətində problemlər yaşamasına səbəb olub.

Ramsden əlavə edib ki, Hamiltonun ifadəsi olduqca təsir edici olub. O, öz peşəsini sevən istedadlı tibb bacısıdır. Lakin o, öz işinin öhdəsindən gələ bilməyən vəziyyətə düşdüyünə görə çox kədərlənib.



Seçilən
137
soz.az

1Mənbələr