AZ

Azərbaycanla Xorvatiya arasında ticarət dövriyyəsi 295 dəfə artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanla Xorvatiya arasında ticarətəməliyyatlarının həcmi 188,9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin yanvar ayındakı göstərici iləmüqayisədə 188,3 milyon ABŞ dolları və ya 295 dəfə çoxdur.

Hesabat dövründə Xorvatiya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 3,71%-i həcmində olub.

Cari ilin yanvarında Azərbaycandan Xorvatiyaya 188,2 milyondollarlıq məhsul ixracı qeydə alınıb. 2024-cü il üzrə isəAzərbaycandan bu ölkəyə ixrac əməliyyatları qeydə alınmamışdı.Hesabat dövrü ərzində Xorvatiyaya ixrac əməliyyatları Azərbaycanınümumi ixracının 6,19%-ni təşkil edib.

Bu ilin yanvar ayında Xorvatiyadan Azərbaycana 705 min ABŞdolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illikmüqayisədə 66 min manat və ya 10,3% artım deməkdir.

Bundan başqa, 2025-ci ilin yanvar ayında AzərbaycandanXorvatiyaya 188,2 milyon ABŞ dolları dəyərində 339 min ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracolunub.

Dövr ərzində Xorvatiya Azərbaycanın ən çox neft ixrac etdiyiölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkiledib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illikmüqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya40,7% çoxdur.

Seçilən
33
1
az.trend.az

2Mənbələr