AZ

Azərbaycanda bankda ən az pulu olan - 5 RAYON - SİYAHI

Bu ilin fevralın 1-nə Azərbaycanın rayon və şəhərlərinin əhalisi tərəfindən banklara manatla yerləşdirilmiş əmanətlər təxminən 9,8 milyard manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata əsasən 6 rayonun əhalisi tərəfindən banklara  əmanət yerləşdirilməyib. Bunların hamısı da işğaldan azad olunmuş rayonlardır.

Ümumilikdə isə Laçın əhalisi tərəfindən milli valyuta ilə banklara 100 min manat depozit qoyulub. Zəngilan rayonu üzrə bu göstərici 300 min manat olub.

Xızı əhalisinin isə 900 min manat pulu var.

Sədərək və Xankəndi əhalisinin milli valyuta ilə banklardakı əmanətlərinin məbləği cəmi 1 milyon manat olub.

Ümumilikdə 7 şəhər və rayonun əhalisinin banklardakı əmanətlərinin həcmi 1 milyon manatdan çox, 3 rayon üzrə isə 2 milyon manatdan çoxdur.

Seçilən
18
2
fed.az

4Mənbələr