AZ

"60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib"

Bu gün 400-dən artıq hakimin, Məhkəmə-Hüquq Şurası üzvlərinin, qonaqların və media mənsublarının iştirakı ilə Azərbaycan Hakimlərinin ilk Forumu öz işinə başlayır.

Publika.az Teleqraf -a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, forum aparılacaq diskussiyalar və faydalı fikir mübadiləsi baxımından əhəmiyyətli olacaq:

"Bütün sahələrdə həyata keçirilən mütərəqqi işlər məhkəmə-hüquq sahəsindən də yan keçməyib. Müasir dövrün qarşılaşdığı yeni çağırışlar ədalət mühakiməsinin təməl prinsiplərinin qorunması ilə yanaşı, daim yenilənən yanaşmaların tətbiqini zəruri edir. Bu isə öz növbəsində qanunun aliliyini təmin edəcək mexanizmlərin işlək və səmərəli olmasını, məhkəmələrə etimadın möhkəmləndirilməsini, ədalət mühakiməsinə əlçatanlığın, şəffaflığın, habelə hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsini şərtləndirir.

Bununla yanaşı, insan hüquqlarının müdafiəsini təmin edən ən qabaqcıl standartların milli sistemlərə gətirilməsi və ortaya çıxan yeni çağırışlara uyğun çevik məhkəmə siyasətinin formalaşdırmasını tələb edir".

İnam Kərimovun sözlərinə görə, Məhkəmə-Hüquq Şurası ölkədə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə hakim korpusunun yeni nəsil gənc hüquqşünaslarla komplektləşdirilməsinin əhəmiyyəti nəzərə alınaraq, ilk növbədə hakimliyə namizədlərin seçim prosedurunu təkmilləşdirməklə bu prosesin daha çevik xarakter almasına nail olunub:

Seçilən
58
2
publika.az

3Mənbələr