AZ

İmsak və iftarda hansı qidalar qəbul etmək faydalıdır?

Martın 1-dən etibarən Ramazan ayı başlayır və dünya müsəlmanları kimi Azərbaycanda da insanlar oruc tutacaq.

Far.Az-in məlumatına görə, oruc yalnız mənəvi təmizlənmə və ibadət deyil, eyni zamanda bədənin sağlamlığı üçün də bir fürsətdir.

Lakin gün ərzində aclıq və susuzluq hissini minimuma endirmək, enerjini qorumaq və sağlam qalmaq üçün düzgün qidalanmaq vacibdir. Bu baxımdan, imsak və iftarda qəbul edilən qidaların seçimi böyük əhəmiyyət daşıyır.

Bəs, Ramazan ayında hansı qidalar daha faydalıdır və nələrdən uzaq durmaq lazımdır?

İmsak zamanı seçilən qidalar gün ərzində enerjili qalmağa və susuzluğun qarşısını almağa kömək etməlidir. Buna görə də, həddindən artıq yağlı və duzlu qidalardan qaçıb, kompleks karbohidratlar və zülallarla zəngin qidalar qəbul etmək tövsiyə olunur:

Zülallı qidalar – yumurta, pendir, qatıq, kəsmik, yağsız ət və ya toyuq

Kompleks karbohidratlar – yulaf, çovdar çörəyi, bulqur, qəhvəyi düyü

Sağlam yağlar – avokado, zeytun yağı, qoz, badam

Tərəvəz və meyvələr – xiyar, pomidor, yaşıl yarpaqlı tərəvəzlər, xurma, alma, portağal

Su – orqanizmi susuz qalmamaq üçün bol su içmək

İftarda nə yemək faydalıdır?

İftarda orucu xurma və su ilə açmaq ən yaxşı seçimdir, çünki xurma bədənə təbii şəkər verərək, enerjini bərpa etməyə kömək edir. İftarda tədricən və sağlam qidalarla qidalanmaq vacibdir:

Şorba – yüngül və həzmi asan olan mərcimək, toyuq və ya tərəvəz şorbası

Zülallı qidalar – yağsız ət, balıq, toyuq, paxlalılar (noxud, mərcimək, lobya)

Tam taxıllar – qəhvəyi düyü, bulqur, qarabaşaq, çovdar çörəyi

Sağlam yağlar – zeytun yağı, qoz, badam

Tərəvəzlər – bişmiş və ya çiy tərəvəzlər salat şəklində

Süd məhsulları – qatıq, ayran, kefir həzm üçün faydalıdır

Nədən uzaq durmaq lazımdır?

Qızardılmış və yağlı yeməklər – həzmi çətinləşdirir, mədə problemlərinə səbəb ola bilər

Şirin və qazlı içkilər – qan şəkərini ani şəkildə artırır və daha çox susuzluğa səbəb olur

Çox duzlu və ədviyyatlı qidalar – bədəni susuzlaşdırır və təzyiqi artıra bilər

Seçilən
56
7
far.az

10Mənbələr