Sərhədlərin açılması zamanı bütün risklər nəzərə alınmalıdır –
“Ermənistan-Türkiyə sərhədinin iqtisadi əhəmiyyəti” mövzusunda müzakirə keçirilib.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, “ERMENİHABER” portalının təşkilatçılığı ilə keçirilən müzakirələrdə ekspertlərlə yanaşı hökumət nümayyəndələri də iştirak edib.
Ermənistan-Türkiyə sərhədinin açılmasını müsbət dəyərləndirən ekspertlər bu zaman yaşana biləcək riskləri də nəzərə almağın vacibliyini qeyd ediblər.