AZ

Kurtua milliyə qayıdır

“Real”ın qapıçı Tibo Kurtua Belçika yığmasına qayıdacaq.

"Unikal" xəbər verir ki, bu barədə millinin baş məşqçisi Rudi Qarsiye “Lequipe” nəşrinə müsahibəsində deyib.

“O geri qayıdacaq. Bu, bütün Belçika üçün əla xəbərdir. Mən həmişə Tibonu dünyanın ən yaxşı qapıçısı hesab etmişəm. “Real"ın “Mançester Siti” ilə oyunundan əvvəl onunla danışmaq üçün Madridə getdim" - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, Kurtua 2023-cü ilin yayından milliyə çağırılmırdı. Qapıçının millinin o vaxtkı baş məşqçi Domeniko Tedesko ilə yola getmədiyi haqda xəbərlər yayılmışdı.

Seçilən
44
unikal.az

1Mənbələr