AZ

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda məlumat verib.

O qeyd edib ki, görülmüş tədbirlər nəticəsində ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb. Bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan verib:

“O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir. Namizədlərin təyinat yerini topladıqları bala uyğun özlərinin seçmələri isə bu sahədə şəffaflığın və obyektivliyin, eləcə də ictimai inamın artırılmasında mühüm rol oynayıb. Bu istiqamətdə aparılmış işlər yuxarı instansiya məhkəmələrində mövcud vakansiyaların peşəkar kadrlarla komplektləşdirilməsinə də imkan verib. Bu çərçivədə 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib”.

Qeyd edək ki, bu gün Azərbaycan Hakimlərinin ilk Forumu keçirilir. Tədbirdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.
Seçilən
158
3
sherg.az

10Mənbələr