AZ

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov: “İmmun sistemi sağlamlığımızın qorunmasında mərkəzi rol oynayır”

Bakı. Trend:

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt NahidMəhərrəmov müsahibə verib.

Trend müsahibəni təqdimedir:

- Nahid müəllim, immun sistemi nədir və onu necə gücləndirməkolar?

- İmmun sistemi bioloji orqanizmlərin yad maddələrə və yacanlılara qarşı müdafiə sistemidir. Özünü və yad strukturlarıfərqləndirir, bununla da fərdi bütövlüyün qorunmasına xidmət edir.Biz bunu görə bilməsək də, immun sistemi sağlamlığımızınqorunmasında mərkəzi rol oynayır. Hər gün orqanizmimizi arzuolunmazmüdaxilələrdən qorumaq üçün çalışır. Virus, bakteriya və digərinfeksiyaların yaratdığı xəstəliklərlə mübarizə aparır.
Bədənimizin özünümüdafiəsini gücləndirməklə biz xəstəliklərə qalibgələ bilirik. Sağlam qidalanma, kifayət qədər yuxu, təmiz havadamüntəzəm olaraq idman etmək immun sistemini gücləndirir.Balanslaşdırılmış qidalanma - karbohidratlar, zülallar, sağlamyağlar da daxil olmaqla immun sisteminin güclənməsində vacib roloynayır. Xüsusilə C vitamini və Sink kimi antioksidantlar bədəninmüdafiəsini dəstəkləyə bilər.
Kifayət qədər yuxu immun sistemini qorumaq üçün əvəzolunmazvasitədir. Yetkin insanlar üçün sutkada 7-8 saat gecə yuxusuönəmlidir. Bundan əlavə, sinir sisteminin normal olması və günərzində yetərli qədər maye qəbul etmək immun sistemi üçün faydalıhesab olunur.

- Doktor, immunitet sisteminin həddindən artıq aktivliyi nə ilənəticələnə bilər?

- İmmun sisteminin həddindən artıq aktivliyi müxtəlif autoimmunxəstəliklər və allergik reaksiyalar kimi vəziyyətlərə gətirə bilər.Bu, orqanizmin öz toxumalarına qarşı həddindən artıq və ya səhvyönəldilmiş hücumlar etməsinə səbəb olur. Buna misal olaraq, bəzixəstəliklərdə (Revmatoid artrit, Lupus, Çölyak xəstəlikləri) immunsistemi öz hüceyrələrini və toxumalarını yad sayaraq, onlara hücümedir. Bu mənzərə allergik xəstəliklərdə də olur. İmmun sistemininnormalda zərərsiz olan maddələrə (toz, qida maddələri və dərmanlar)qarşı həddindən artıq reaksiyası nəticəsində astma və digərallergik xəstəliklər baş verə bilər.
İmmun sisteminin davamlı aktiv olması xroniki iltihabvəziyyətlərinə yol açır. Bu da müxtəlif orqanlar və toxumalarazərər verə bilər. İmmun sistemin normada olması və düzgün işləməsiçox vacibdir. Həddindən artıq aktivlik və anormal reaksiyavəziyyətində müalicə və düzgün nəzarət olunmalıdır.

- Autoimmun xəstəliklər nədir?

- Autoimmun xəstəliklər bədənin immun sisteminin özhüceyrələrinə və toxumalarına qarşı səhvən hücum etməsi nəticəsindəyaranan xəstəliklərdir. Normalda immun sistemi orqanizmi yadmaddələrə qarşı müdafiə edir. Ancaq autoimmun immun sistemi bu yadhüceyrələr əvəzinə, bədənin öz sağlam hüceyrələrini yad sayaraqonlara qarşı mübarizə aparır.
Autoimmun xəstəliklər həyat boyu davam edən xəstəliklər ola bilər.Lakin düzgün müalicə ilə xəstələr simptomları idarə edə və həyatkeyfiyyətlərini yaxşılaşdıra bilərlər.

- Peyvəndlər immunitetə necə təsir edir?

- Peyvəndlər immunitetə mühüm təsir göstərir və bədənin yoluxucuxəstəliklərə qarşı müdafiə gücünü artırır. Peyvəndlər immunsisteminə sanki “təlim keçir” və ona bir infeksiyaya qarşı necəreaksiya verəcəyini öyrədir. Bu, orqanizmin həmin infeksiya iləyenidən qarşılaşdığında daha sürətli və güclü olmasını təminedir.
Peyvəndlər orqanizmin immun yaddaşını yaradır. Peyvəndlərvasitəsilə infeksiya yaradan mikroorqanizmlərin və ya onlarınzəhərli maddələrinin zəifləmiş və ya öldürülmüş versiyalarını alır.Bu zaman immun sistem bu mikroorqanizmləri öyrənir və onlarıtanımağa başlayır. Yaddaş hüceyrələri həmin infeksiya iləqarşılaşdığında daha sürətli və təsirli cavab verə bilir.Peyvəndlər orqanizmin müdafiə mexanizmlərini aktivləşdirir, ammaxəstəlik yaradan tam infeksiya yaratmır. Bu, orqanizmin sağlam birtəcrübə ilə xəstəliklərə qarşı hazır olmasına imkan verir. Bununlada, kollektiv immunitet yaranır və cəmiyyətin böyük bir hissəsindəxəstəliklərin yayılma ehtimalının azalmasına gətirib çıxarır.Beləliklə, epidemiyaların qarşısı alınır.

- Sağlam qidalanma immun sisteminə necə təsir edir?

- Sağlam qidalanma immun sisteminə böyük təsir göstərir. Çünkiorqanizmin düzgün işləməsi üçün lazım olan bütün qida maddələrinitəmin edir. Sağlam qidalanma vitaminlər, minerallarla zənginolmalıdır, şəkər və yüksək qlikemik indeksi olan qidalardan azistifadə olunmalıdır. İşlənmiş qidalar da (konservlər və transyağlar) immun sisteminin düzgün işlənməsini pozan amillərdəndir.Meyvə, tərəvəz və dənli bitkilər bağırsaq funksiyasınıyaxşılaşdırdığı üçün immun sisteminin formalaşmasında mühüm roloynayır.

- İmmun sisteminin fəaliyyətinə genetik faktorlar nə dərəcədətəsir edir?

- İmmun sisteminin gücü müəyyən dərəcədə genetik faktorlardanasılıdır. Genetik meyl və irsi faktorlar immun sisteminin necəişləyəcəyini, onun infeksiyalara necə cavab verəcəyini və müxtəlifxəstəliklərə qarşı nə qədər həssas olacağına təsir edə bilər. Lakingenetik faktorlar immun sisteminin gücünün müəyyən aspektlərinətəsir edir. Həyat tərzi, qidalanma, ətraf mühit və digər faktorlarda bu sistemə əhəmiyyətli dərəcədə təsir edə bilər.

- Fiziki aktivlik immuniteti gücləndirə bilərmi?

- Fiziki aktivlik immuniteti gücləndirir və onun düzgünişləməsini dəstəkləyir. Belə ki, fiziki məşqlər immun sistemininfəaliyyətini yaxşılaşdırmaq və vücudun infeksiyalara qarşı müdafiəmexanizmini gücləndirmək üçün bir sıra müsbət təsirlər göstərir.Bundan əlavə, mütəmadi məşqlər xroniki iltihab səviyyələriniazaldır və qan dövranını yaxşılaşdırır. Nəticədə, immun hüceyrələrivücudun müxtəlif bölgələrində daha sürətli şəkildə fəaliyyətgöstərir və infeksiyalara cavab verir, getdikcə bədənin stresəqarşı dözümlülüyünü artırır.
Bununla belə, həddindən artıq intensiv fəaliyyət immun cavablarızəiflədə bilər. Orta səviyyədə və nizamlı fiziki aktivlik immunsağlamlığını dəstəkləyir və ümumi sağlamlığa xidmət edir.

Məqalədə:
Seçilən
39
1
az.trend.az

2Mənbələr