AZ

Ukrayna ilə saziş hazırdır: danışıqlar olmayacaq

İqtisadi əməkdaşlığa dair Amerika-Ukrayna sazişi tam hazırdır, artıq bu məsələ ilə bağlı danışıqlar olmayacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

Onun sözlərinə görə, fevralın 28-də bu sazişi Vaşinqtonda iki ölkənin prezidentləri Donald Tramp və Vladimir Zelenski imzalayacaq:

“Bu, strateji əhəmiyyətli faydalı qazıntılar, neft və qaz, eləcə də infrastruktur aktivləri üzrə sövdələşmədir. Və bu, həqiqətən hər iki tərəf üçün qazanclı variantdır. Bu, Amerika xalqına göstərir ki, burada onlar üçün bir fayda var. Biz onun pulunu boş yerə xərcləməmişik”.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Vaşinqtona səfər edəcək.

Seçilən
71
1
axar.az

2Mənbələr