Rusiya-Ukrayna münaqişəsində sülh artıq əlçatandır.
APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban dövlət radiosuna bildirib.
“Hələ də cəbhə xəttində amansız, qanlı döyüşlər gedir, amma sülh artıq əlçatandır”, - Viktor Orban davam edən Rusiya- Ukrayna münaqişəsinə diqqət çəkərək vurğulayıb.
O əlavə edib ki,ABŞ sülh tərəfdarı olduğu üçün daha da gərginləşmə ehtimalı yoxdur.