AZ

Çin 17 uşağı qaçırıb satan qadını edam edib

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu 61 yaşlı Yu Huayinqə qarşı edam hökmünün Çində icra olunduğunu bildirib. AzPost xarici mediaya istinadla xəbər verir ki, qadının şərikləri ilə birlikdə 17 uşağı qaçıraraq satdığı dəqiqləşdirilir.

Çinli qadın Quizhou Əyalət Məhkəməsi tərəfindən 2024-cü ilin oktyabrında ölüm cəzasına məhkum edilib.

“Ali Xalq Məhkəməsi ittihamları təsdiqlədikdən sonra edam hökmü Guiyang Aralıq Məhkəməsi tərəfindən icra edilib”, – prokurorluq bildirib.

Xatırladaq ki, daha əvvəl Çinin Sinxua agentliyi xəbər vermişdi ki, məhkəmə iclasları zamanı Yu Huayinq 1993-2003-cü illər arasında Yunnan və Quizhou əyalətlərindən, həmçinin Çonqin şəhərindən 17 uşağı qaçırıb. O, şərikləri ilə birlikdə qaçırılan uşaqları Hebey əyalətində satıb.

Seçilən
85
2
azpost.info

3Mənbələr