AZ

Bakı Bəyannaməsində nələr var?

“Asiya Parlament Assambleyasının platformasından istifadə edərək etnik təmizləməyə məruz qalaraq zorla Ermənistandakı öz tarixi torpaqlarından qovulan təxminən 300 min azərbaycanlı qaçqın barədə məsələni qaldırdıq. İndiyə qədər APA-nın müxtəlif komitə iclaslarında, İcraedici Şura və Plenar sessiyada səsləndirdiyimiz bu vacib məsələ APA-nın 20 fevral 2025-ci ildə qəbul etdiyi Bakı Bəyannaməsində əksini tapdı”. 

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında APA-da Azərbaycan nümayəndə heyətinin sədri Rizvan Nəbiyev bildirib.

“Asiya Parlament Assambleyası Ermənistandan qovulmuş azərbaycanlıların ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış etdi. Bu, Milli Məclisin, onun rəhbərliyinin uğuru hesab edilə bilər. Çünki Ermənistandakı tarixi yaşayış məskənlərinə geri qayıdış Azərbaycan Prezidentinin prinsipial mövqeyinin mühüm tərkib hissəsidir.

Bakı Bəyannaməsində qeyd edilib ki, “Biz-Asiya Parlament Assambleyasında təmsil olunan parlamentlərin üzvləri, Qərbi Azərbaycan İcmasının, beynəlxalq insan hüquqlarına dair müxtəlif sənədlərdə təsbit edildiyi kimi, Ermənistandakı öz əcdadlarının evlərinə qayıdışı üçün dialoqa başlamaqla bağlı dəfələrlə etdikləri müraciətləri qəbul edir və bu qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmini üçün bütün səyləri səfərbər edirik”, - deyə deputat bildirib.

Nuranə Daxilqızı

Seçilən
47
1
qafqazinfo.az

2Mənbələr