AZ

Masallının Mahmudavar kəndində yollar bərbad vəziyyətdədir, sakinlər narazıdır- FOTO

Masallı rayonunun Mahmudovar kəndində yol infrastrukturunun acınacaqlı vəziyyəti sakinlərin ciddi narazılığına səbəb olub.

News365.az-a daxil olan məlumata görə, yağıntılı hava şəraiti, xüsusilə güclü yağış və qar səbəbindən yollar daha da pisləşib.

Nəticədə gediş-gəliş xeyli çətinləşib, yollar palçıq içindədir və sakinlər rahat hərəkət edə bilmirlər. Həm piyadalar, həm də sürücülər üçün çətinlik yaradan bu vəziyyət gündəlik həyatı iflic edir.

Kənd əhalisi problemin tezliklə həll olunmasını gözləyir və aidiyyəti qurumlardan təcili tədbir görülməsini tələb edir.

News365.az  fotoları təqdim edir:



Seçilən
64
news365.az

1Mənbələr