AZ

Bakıda növbəti “Kənddən şəhərə” yarmarkası keçiriləcək

1-2 mart tarixlərində Bakıda “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 20 rayondan 50-yə yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 150 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Seçilən
116
15
vergiler.az

10Mənbələr