AZ

İranda Ramzan ayı martın 2-si baçlayacaq - Xameneinin ofisi bəyan etdi

İslam dünyasının ən mühüm aylarından biri olan Ramazan ayı başlayır.

Qafqaz Müsəlmanları (QMİ) İdarəsi Qazılar Şurasının fətvasına əsasən, Azərbaycanda Ramazan ayının ilk günü sabah - 1 martdır.

Qeyd edək ki, Azərbaycandakı bəzi dindarlar orucluğa QMİ-nin deyil, İran din xadimlərinin fətvasına uyğun başlayırlar.

Bəs İranda Ramazan hansı gündə başlayır?


Modern.az-ın məlumatına görə, İranın ali rəhbəri administrasiyasının üzvü Höccətül-İslam Əli Rza Mövəhednejad Ramazan ayı ilə bağlı açıqlama verib.

Hüccətül-İslam Mövəhednejad deyib ki, "təzə ayın çıxdığını müşahidə etmək üçün cümə günü axşam saatlarında ölkənin müxtəlif bölgələrinə 100-ə yaxın qrup göndəriləcək".

"Mütəxəssislər cümə gecəsi Ramazan ayının hilalının görünmə ehtimalını zəif kimi qiymətləndirirlər. Hesablamalara görə, martın 2-si bazar günü Ramazan ayının ilk günü olacaq", - Höccətül-İslam Mövəhednejad bildirib.

Seçilən
191
40
modern.az

10Mənbələr