AZ

"Dövlət Baxçalı ölüb" yazan təşkilat sədri partiyadan qovuldu - Açıqlama

Təxminən 20 gün əvvəl ürəyindən əməliyyat olunan MHP sədri Dövlət Baxçalının vəfat etdiyini iddia edən Gələcək Partiyası Trabzon şəhər təşkilatının sədri Həsən Kamil Vəlioğlu partiyadan qovulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Gələcək Partiyası sədrinin köməkçisi Ömər Ünal açqılama verib.

Xatırladaq ki, təşkilat sədri MHP sədri Dövlət Baxçalı haqqında belə paylaşım yaymışdı:

Həsən Kamil Vəlioğlu

"MHP sədri Dövlət Baxçalı bir müddət əvvəl vəfat edib. Hələlik rəsmi açıqlama olmasa da, yaxın zamanda açıqlanacaq. Bütün MHP təşkilatlarına başsağlığı verirəm. Allah rəhmət eləsin".

Firudin Səfərli
MİA.AZ

Seçilən
43
1
mia.az

2Mənbələr