AZ

HƏMAS vasitəçiləri İsrailə təzyiq göstərməyə çağırır

HƏMAS

İsrailli məhbusların cənazələrinin təhvil verilməsi fələstinli məhbusların azad edilməsi ilə eyni vaxtda həyata keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə HƏMAS-ın yazılı açıqlamasında bildirilir.

Qeyd olunur ki, HƏMAS fələstinli məhbusları azad etmək üçün İsraili məhbus mübadiləsi razılaşmasının şərtlərini yerinə yetirməyə məcbur etməyə çalışır.

“Biz düşmənin yalançı əsaslandırmalarının qarşısını aldıq və indi onun ikinci mərhələ danışıqlarına başlamaqdan başqa çarəsi yoxdur”,- açıqlamada bildirilir.

Açıqlamada HƏMAS-ın bütün təfərrüatları və müddəaları ilə Qəzza zolağında atəşkəs razılaşmasına tam sadiqliyi və sazişin ikinci mərhələsi üzrə danışıqlara başlamağa hazır olduğu bir daha vurğulanıb.

“Qəzza zolağında israilli məhbusları azad etməyin yeganə yolunun danışıqlardan və yalnız razılaşdırılmış qaydalara riayət etməkdən keçdiyi” vurğulanan açıqlamadaİsrailin baş naziri Benyamin Netanyahu və hökumətinin razılaşmadan geri çəkilmək və onu əngəlləmək cəhdinin məhbuslar və onların ailələri üçün daha çox əzablara səbəb olacağı qeyd edilib.

Bəyanatda həmçinin vasitəçilər (Misir, Qətər və ABŞ) razılaşmanın şərtlərinə əməl etməsi üçün İsrailə təzyiq göstərməyə çağrılır.

Qeyd edək ki, HƏMAS və İsrail arasında əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşması yanvarın 19-u saaat 12:15-də qüvvəyə minib.

ELÇİN
Seçilən
120
reyting.az

1Mənbələr