AZ

Yeni TƏHLÜKƏ MƏNBƏYİ – Maya dəyərindən ucuz olan pendirlər

Son zamanlar mağazalarda satılan müxtəlif pendir çeşidlərinin qiymətləri onun maya dəyərindən çox ucuzdur.

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, hazırda müxtəlif mağazalarda satılan pendir çeşidləri mövcud olan standart qiymətlərdən xeyli fərlənir.

Belə ki, kiloqramı 2-3 manata satılan bu növ məhsullar istifadəçilər tərəfindən şübhə ilə qarşılanır.

Satıcıların sözlərinə görə, hazırda bazarlarda pendirin kiloqramı 6 manatdan başlayaraq 12 manata kimi dəyişir. Onlar bildiriblər ki, 1 kq pendirin hazırlanması üçün 6-7 kq süddən istifadə etmək lazımdır. Buna görə də mağazalarda kiloqramı 2-3 manata satılan pendirlərin necə hazırlanması olduqca maraqlı və şübhəlidir.

Bundan başqa təmiz süddən hazırlanan pendirlər ən çox 2-3 ay yararlılıq müddətinə malik ola bilər, lakin, o şərtlə ki, məhsul qaydasında hazırlanmış duzlu suda saxlanılsın. Amma mağazalarda satılan pendirlər bu qaydalara riayət olunmasa belə olduqca uzun müddət istifadəyə yararlı vəziyyətdə qalır.

Ekspertlərin sözlərinə, bu növ pendir çeşidlərinə müxtəlif qatqılar əlavə olunur ki, bu da həm pendirin yararlılıq müddətinin uzadılması, həmçinin, qiymətinin daha aşağı olmasını təmin edir.

Qida üzrə ekspert İlkin Şirinov hesab edir ki, istifadəçilər bu cür məhsulları ev şəraitində hazırlaması daha yaxşıdır:

“Bu onların sağlamlığı üçün daha xeyirli olar. Çünki, mağazadakı bu növ məhsulların içərisində müxtəlif növ nişasta və bitki yağlarından istifadə olunur. Bu zaman isə təbiilikdən və təbii məhsuldan söhbət gedə bilməz”.

Müəllif: Türkan_zadə

Seçilən
69
heftelik.az

1Mənbələr