AZ

"BMW"köhnə arxitekturaya qayıdır

Avtomobil tarixi arxa intiqallı nəqliyyat vasitələri ilə başlayıb. 50-ci illərdə istehsalın kütləviləşməsi və ucuzlaşması üçün qabaq intiqallı maşınlar da kütləvi istehsal edilməyə başladı. Bu gün qabaq intiqallı maşınlar sayca üstünıük təşkil etsələr də, Mercedes, BMW və bəzi ABŞ markaları klassik arxitekturaya sadiq qalıblar. 

Avtosfer.az xəbər verir ki, BMW şirkəti bəzi kiçik modellərində qabaq intiqala üstünlük verib. Lakin indi, bavariyalı istehsalçı təkrarən ənənəyə qayıtmağa qərar verib. 

Şirkət bildirib ki, 1 mühərrik quraşdırılan elektromobillər istisnasız olaraq arxa intiqallı şəkildə istehsal ediləcək. “Neue Klasse” adlanan yeni modellər əsasən birmühərrikli olacaq. Qabaq intiqal yalnız 4 mühərrik tələb edilən modellərdə quraşdırılacaq. 

Praktik olaraq elektromobildə hər təkərə bir mühərrik quraşdırmaq mümkündür. Lakin maya dəyərini azaltmaq üçün istehsalçılar bu üsula çox vaxt əl atmırlar.

Vüqar

Seçilən
86
avtosfer.az

1Mənbələr