AZ

Azərbaycan Suriyaya humanitar yardım çatdırdı

Hələbdə Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardım paylanılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Suriyadakı səfirliyi yayıb.

Humanitar yardımın paylanması Hələb vilayətinin Karakepryu kəndində məcburi köçkünlər üçün salınan düşərgədə təşkil olunub. Orada Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.

Xatırladaq ki, Azərbaycanın Dəməşqdəki səfirliyi uzun fasilədən sonra ötən bazar ertəsi fəaliyyətini bərpa edib. Azərbaycan Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu, iki ölkə arasında münasibətlərdə keyfiyyətcə yeni mərhələ deməkdir.

Oxuməni.az

Seçilən
71
oxumeni.az

1Mənbələr