“Özünütəsdiq formasını tapmaq müşkül işdir: ağıllı, düşünən tamaşaçı və ya izləyici çox tələbkar. Efir ciddi, sosial media isə daha qəddar güzgüdür. Cismin və xislətin çılpaqlığı ilə ortaya çıxır, gizlətmək mümkünsüz.”
Bektaşi efirdə saxta obraz yaradanlara da səslənib. Onun fikrincə, tamaşaçı yalanı qəbul etmir və süni obrazlar nə qədər bəzədilsə də, nəticə uğurlu olmayacaq:
“Yalanı sevməz tamaşaçı. Mələk obrazı, əxlaq keşikçisi, namus maskası, rəngləri qarışıq ailə tablosu, papağı cibində ər görüntüsü və ya ərin maketləşmiş, teatrallaşmış miskin baxışları. Saxlayın özünüzə, bizə sırımayın”.
Sonda aparıcı peşəkarlığın və fərdiliyin vacibliyini vurğulayıb:
“Hə, qaldı peşə məsələsinə: özünüz olun, özünüz, orijinal. Beyin, bilik, ağıl, istedad və ən vacib səmimiyyətinizlə, plagiat yaramaz. ‘Fatma xala, Gülpəri nənə’ adından tərif qoşsalar belə, obraz mükəmməl deyilsə, olsa-olsa onlayn sifarişlə gələn ‘copy-paste’ fason bir şeyə bənzəyəcəksiniz”.