AZ

Azərbaycanda 91 nəfər zəhərləndi, ölənlər var

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 91 nəfər qəbul edilib.

Mərkəzdən Lent.az-a verilən xəbərə görə, şöbəyə qəbul edilən xəstələrdən 36 nəfər dərmandan, 22 nəfər sirkə turşusundan, 9-u spirtli içkidən, 3-ü botulizmdən zəhərlənən şəxslərdir.

Həmçinin onlardan 11 nəfər dəm qazından, 4 nəfər fosfor üzvi birləşmələrdən, 4 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib. 

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5 nəfər (4 kişi cinsli, 1 qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.


Seçilən
136
49
news24.az

10Mənbələr