AZ

Niyazi Zamanov: Mülki müdafiə sahəsinin inkişafı əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir VİDEO

Bakı, 28 fevral, AZƏRTAC

Hər il martın 1-nin Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini bir daha əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Çünki mülki müdafiə sahəsinin inkişafı əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından vacib məqamdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, mülki müdafiə işinin effektiv təşkilində Beynəlxalq Mülki Müdafiə Təşkilatının rolu böyükdür: “Bu təşkilatın Baş Assambleyası tərəfindən müxtəlif illərdə keçirilən sessiyalarda Fövqəladə Hallar Nazirliyi geniş şəkildə iştirak edib. Ölkəmizdə isə mülki müdafiə tədbirləri, mülki müdafiə işinin təşkili və həyata keçirilməsi sahəsində aidiyyəti qurumların vəzifələri, bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti və görülən işlər olduqca əhatəlidir”.

Seçilən
17
1
azertag.az

2Mənbələr