AZ

Ötən il Naxçıvanda 72 təhsil müəssisəsinin bufet və yeməkxanasında monitorinqlər aparılıb

Nəzarət tədbirləri nəticəsində 211 mindən artıq istifadəyə yararsız yumurtanın satışının qarşısı alınmış, satış yerlərindən toplanılmış və məhvetmə barədə qərar qəbul olunmuş və icra edilib. Əlavə olaraq nəzarət tədbirləri nəticəsində 1217 ədəd müxtəlif növ qida məhsulu, 12 kq istifadəyə yararsız toyuq əti dönəri, 29 kq ət və süd məhsul barədə məhvetmə qərarı qəbul olunub.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

Agentliyin sədri qeyd edib ki, yoxlamalar nəticəsində aşkar edilmiş pozuntuların müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair çıxarılmış qərarların yerinə yetirilməsi üzrə 42 qida obyektinə təkrar baxış keçirilib və nöqsanların aradan qaldırıldığı müəyyənləşib.

26 məktəbəqədər, 45 ümumtəhsil və 1 ali təhsil müəssisəsi olmaqla, ümumilikdə 72 təhsil müəssisəsinin bufet və yeməkxanasında monitorinqlər aparılıb. Monitorinqlər zamanı qida məhsullarının keyfiyyəti və saxlanılması ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb, nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlar verilmiş və uyğunsuzluqlar aradan qaldırılıb.

Seçilən
48
ikisahil.az

1Mənbələr