Rusiyanın Saxalin vilayətində buz üzərində qalan çox sayda balıqçının xilas edilməsi üzrə əməliyyat həyata keçirilir.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.
Bildirilib ki, Oxot dənizində buz parçasının qopması nəticəsində təqribən 200 balıqçı köməksiz qalıb. Buz parçası ilə sahil arasında 700 metr məsafə var.
Ən son məlumata görə, hələ ki 66 balıqçını xilas etmək mümkün olub. Hazırda davam edən xilasetmə əməliyyatına "Mi-8" helikopteri cəlb edilib.