AZ

“Bu cür insanlar “xoruz buraxırlar”

Sabiq təhsil naziri, professor Firudin Cəlilov "YouTube” platformasında yayımlanan “VIII GÜN” adlı verilişin qonağı olub.

Publika.az xəbər verir ki, eks nazir rejissor Ayaz Salayev haqqında bir sıra açıqlamalar verib və onu tənqid edib:

“Ayaz Salayev intellektual bir ziyalıdır. Mən onu gəncliyində görmüşdüm. Moskvadan gələndən sonra kino sahəsində çox gözəl verilişlər aparırdı. Bu gün də onu həmin sahənin mütəxəssisi kimi dəyərləndirirəm. Amma adam bir az həddini aşıb, başı çıxmadığı şeylərdən danışıb. Dil insanın yaratdığı ən böyük çevrilişlərdən biridir. Dil yarananda insanlar sürətlə inkişaf etməyə başladı. Yazı yarananda o inkişaf daha da sürətləndi. Bütün bunların mahiyyətini bilməyən insanlar danışanda bu cür “xoruz buraxırlar”. Ayaz bəyin türk və rus dilləri haqda dediyi iki fikir də yanlışdır. Əvvəla, rus dili Azərbaycan türkcəsinə təsir edir, özü də mənfi formada. Çünki rus məktəblərində oxuyanlar rusların qafası ilə danışırlar. Rusca oxuyanlar Puşkini, Dostoyevskini öyrənirlər, amma Dədə Qorqudu, Füzulini bilmirlər. Bu mənada, rus dili bizim milli zehniyyətimizə yeridilən ağır zərbədir”.

Firudin Cəlilov Ayaz Salayevin “rus dili bilməyənlər şəhərdə yaşamasın” fikrini belə şərh edib:

Seçilən
37
2
publika.az

4Mənbələr