Sabunçu rayonunda ev yanıb.
APA xəbər verir ki, hadisə rayonun Zabrat 2 qəsəbəsində fərdi yaşayış evində baş verib.
FHN-dən APA-ya bildirilib ki, hadisə yerinə FHN-in DYMX-nin canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb və yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür.