Bakı. Trend:
Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairlərimükafatlandırıb.
Trendxəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumatyayıb.
Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ElnurRzayev 75 illik yubileylərini qeyd edən "Ulduzlar" əbədi məclisininsədri, şair Fərzalı Qərib oğlu Həsənov və şairə Emfira Hacıbabaqızı Tağıyeva ilə görüşüb.
Yubilyarları təbrik edən icra başçısı onları xatirə hədiyyəsi vəFəxri Fərmanla təltif edib.
Fərzalı Həsənov və Emfira Tağıyeva səmimi qəbula eləcədəgöstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.