AZ

8 dərəcə şaxta gəlir



Ölkə ərazisində şaxtalı hava şəraiti olacaq.

"Medicina" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın minimal temperaturunun Bakıda və Abşeron yarımadasında martın 1-dən 2-nə keçən gecə 5-8, Aran rayonlarında 3-8, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 19-24 dərəcə şaxta olacağı gözlənilir.


Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar ölkə ərazisində bəzi yollar buz bağlayacaq.

Seçilən
85
42
medicina.az

10Mənbələr