AZ

Şəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 44günlük Vətən müharibəsinin şəhid qəhrəmanlarının övladları üçün“Texno Qəhrəmanlar” master-klası təşkil edib.

Trendxəvbər verir ki, bu barədə AHİK məlumat yayıb.

Bildirilib ki, AHİK-in “Abşeron” sanatoriyasında keçirilənəyləncəli və maarifləndirici tədbir özəl sektorla əməkdaşlıqçərçivəsində baş tutub.

Əvvəlcə master-klasda 5-14 yaş aralığında şəhid övladlarınainformasiya texnologiyaları mütəxəssisləri robotların yığılması vəidarə olunması üzrə təlim keçiblər.

Sonra yaş kateqoriyası üzrə bölünmüş qruplar şəklində yarışlarastart verilib, iştirakçılar kiçik mühərriklər, ötürücülər vəmikrokontrollerlər vasitəsilə robotlar hazırlayıblar. Uşaqlar böyükhəvəslə qatıldığı yarışda alqoritm və komandada işləməkbacarıqlarını inkişaf etdiriblər.

Maraqlı və rəqabət şəraitində keçən yarışın qaliblərimükafatlandırılıb. AHİK-in sədr müavinləri - Musa Mirzəyev, HikmətOsmanov və Qəzənfər Abdullayev uşaqları təbrik edib, onlarasertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, AHİK könüllüləri də tədbirin təşkilində yaxındaniştirak edib, uşaqların asudə vaxtının səmərəli keçməsinə, bilik vəbacarıqlarının artırılmasına dəstək olublar.

Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Məqalədə:
Seçilən
54
15
az.trend.az

10Mənbələr