Ukrayna Silahlı Qüvvələri (VSU) son sutka ərzində Rusiyanın Kursk vilayətində 240-dan çox hərbçisini itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna əsgərlərindən biri Rusiya Silahlı Qüvvələrinə təslim olub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Ukrayna hərbçiləri bir zirehli transportyor, 12 zirehli döyüş maşını, 22 avtomobil, dörd artilleriya qurğusu, altı minaatan, iki radioelektron mübarizə stansiyası, bir radioelektron kəşfiyyat radiolokasiya stansiyası, həmçinin üç pilotsuz uçuş aparatının idarəetmə məntəqəsi və üç döyüş sursat anbarını itirib.
Ümumilikdə, nazirliyin məlumatına görə, Kursk istiqamətində hərbi əməliyyatlar başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 64 min nəfər canlı heyət, 383 tank, 290 piyada döyüş maşını, 248 zirehli transportyor və 2 mindən çox döyüş zirehli texnikası və 2251 ədəd reaktiv yaylım atəşi sistemi itirib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural