AZ

FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən Ağdamda Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Ağdam. Trend:

Bu gün Ağdam Dövlət Peşə Təhsil Mərkəzində Fövqəladə HallarNazirliyinin Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 1Mart–Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar maarifləndiricitədbir keçirilib.

Trend xəbərverir ki, tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladəhallardan mühafizə sahəsində əhalinin hazırlığının vəmaarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətinifövqəladə hallardan qorunma və mülki müdafiənin təşkiliməsələlərinə yönəldilməsi olub.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ RegionalMərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti başleytenant Murad Bəhmənli ,Fövqəladə Hallar Nazirliyinin QarabağRegional Mərkəzinin Mülki müdafiə tədbirlərinin planlaşdırılmasışöbəsinin zabiti leytenant Saleh Qurbanov mərkəzin tələbələri vəmühəndis - pedoqoji heyəti iştirak edirdilər.

Tədbir Ulu Öndər H.Əliyevin və vətənimizin azadlığı və bütövlüyüuğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1dəqiqəlik sükut ilə anılması ilə başladı.Tədbiri giriş sözü iləaçan Ağdam Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Xanım Əliyeva 1Mart Mülki Müdafiə günü,respublikamızda mülki müdafiə tədbirlərininhəyata keçirilməsi barədə giriş nitqi ilə çıxış edərək sözü FHNQarabağ Regional Mərkəzinin əməkdaşlarına verdi.

FHN Qarabağ Regional Mərkəzinin əməkdaşı Baş leytenant MuradBəhmənli çıxışı zamanı fövqəladə hadisələr zamanı davranışqaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar,ətraf mühit və təhlükəsizlik məsələləri ilə bağlı maarifləndiriciməlumatları Mərkəzin tələbələri və mühəndis pedoqoji heyəti iləbölüşmüşdür.

FHN-in
FHN-in
FHN-in
FHN-in
FHN-in
FHN-in
Məqalədə:
Seçilən
56
1
az.trend.az

2Mənbələr