Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı Kaya Kallas diqqət çəkən açıqlamalar verib. O, "Axios"a müsahibəsndə deyib ki, ABŞ prezidenti Donald Tramp və digər yüksək vəzifəli Amerika rəsmilərinin Ukraynadakı münaqişə ilə bağlı Rusiyanın tezis və narrativlərini təkrarlamasından narahatdır.
Kallas ABŞ-nin yeni administrasiyasının Avropadan uzaqlaşmasından da narahatlıq keçirdiyini söyləyib.
“Bizə ünvanlanan bəyanatlar çox sərtdir. Rusiyaya ünvanlanan bəyanatlar olduqca səmimi görünür."Bu bir dəyişiklikdir",- Aİ rəsmisi gileylənib.
Aİ-nin baş diplomatı onu da xatırladıb ki, ABŞ bu həftə BMT-də avropalı müttəfiqlərinin əleyhinə səs verib və Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasını pisləyən qətnaməyə qarşı çıxıb.
Onun fikrincə, Tramp administrasiyasının Moskva ilə qarşılıqlı əlaqəsi Rusiya prezidenti Vladimir Putinə istədiyi əsas şeyi – beynəlxalq legitimliyi verir.
Tural